- Offside
- 23:40 08.01.2026
Azərbaycan güləşinin inkişafında uzun illər ərzində xüsusi xidmətləri olan veteran idmançılar mükafatlandırılıblar.
90deqiqe.Az xəbər verir ki, təntənəli tədbirdə Mariya Stadnik, Rəsul Çunayev, Hacı Əliyev, Taleh Məmmədov və Rafiq Hüseynov Azərbaycan güləşinə verdikləri töhfələrə görə xüsusi hədiyyələrlə təltif olunublar.
Mükafatlar veteran güləşçilərə Azərbaycan Güləş Federasiyasının rəhbər və məsul şəxsləri tərəfindən təqdim edilib. Federasiya rəsmiləri çıxışlarında bu idmançıların ölkə güləşinin beynəlxalq arenada tanıdılmasında mühüm rol oynadıqlarını vurğulayıblar.