- Offside
- 23:40 08.01.2026
Səudiyyə Ərəbistanı Pro Liqasında 2025/2026 mövsümünün XIV turu çərçivəsində “Əl-Nəsr” və “Əl-Qadisiyyə” komandaları üz-üzə gəlib.
90deqiqe.Az xəbər verir ki, Ər-Riyadda yerləşən “Əl-Əvvəl Park” stadionunda keçirilən görüşü rumıniyalı baş hakim İştvan Kovaç idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı qarşılaşmanın ikinci hissəsində, 51-ci dəqiqədə “Əl-Qadisiyyə”nin hücumçusu Xulian Kinyones açıb. 67-ci dəqiqədə Naytan Nandes fərqlənərək qonaqların üstünlüyünü iki topa çatdırıb. Oyunun 81-ci dəqiqəsində “Əl-Nəsr”in ulduz futbolçusu Kriştiano Ronaldo penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb. Bu qol portuqaliyalı hücumçunun karyerasında vurduğu 958-ci qol olub.
Çempionatda 13 oyun keçirən “Əl-Nəsr” 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-Qadisiyyə” isə 27 xalla dördüncü mövqedə yer alır.