12 yanvar 2026. Bazar ertəsi

Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar


  • Offside
  • 11:26 12.01.2026
  • Oxunma sayı: 34
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar

Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı yarışda fəxri kürsüyə qalxıblar.

Qış İdman Növləri Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, Samanta Ritter və Daniel Brikalov cütlüyü buz üstündə rəqs növü üzrə mübarizə aparıblar.

Onlar 11 idmançı arasında 171.75 xal toplayaraq üçüncü yerdə qərarlaşıblar və bürünc medala sahib çıxıblar.







Offside