27 fevral 2026. Cümə

Melbourne turnirində təsnifat matçı zamanı insident yaşandı


  • Offside
  • 18:56 12.01.2026
  • Oxunma sayı: 282
Melbourne turnirində təsnifat matçı zamanı insident yaşandı

Avstraliya Açıq Çempionatı – 2026 turnirinin təsnifat mərhələsinin ilk günündə insident yaşanıb.

90deqiqe.Az-ın məlumatına görə, hadisə kişilər arasında keçirilən görüş zamanı – dünya reytinqində 134-cü pillədə qərarlaşan Eşargi Moe (Tunis) ilə ATP siyahısında 165-ci olan Lüka Van Aş (Fransa) arasında baş tutan qarşılaşmada qeydə alınıb.

Kortun arxa xəttində top verən qız əvvəlcə tarazlığını itirib, daha sonra qıcolmalarla yerə yıxılıb. Tunuslu tennisçi dərhal ona yaxınlaşaraq ayağa qalxmasına kömək edib və hakim kürsüsündə əyləşən referini çağıraraq tibbi yardım göstərilməsini istəyib.

Topverən qız kortu tərk edib və həkimlər tərəfindən müayinə olunub. Hadisənin nəticələri ilə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Avstraliya Açıq Çempionatı – 2026 turnirinin kişilər arasında əsas mərhələ oyunları yanvarın 18-dən fevralın 1-dək keçiriləcək. Turnirin hazırkı çempionu italiyalı Yannik Sinnerdir.







Offside