13 yanvar 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldo karyerasında 959-cu dəfə fərqləndi


  • Offside
  • 23:27 12.01.2026
  • Oxunma sayı: 45
Kriştiano Ronaldo karyerasında 959-cu dəfə fərqləndi

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”a qarşı keçirilən vacib matçda fərqlənib.

90deqiqe.Az-ın məlumatına görə, ulduz portuqaliyalı hücumçunun vurduğu qol sayəsində ilk hissədən sonra “Əl-Nəsr” 1:0 hesabı ilə öndədir.

Bu qolla Ronaldo karyerası ərzində vurduğu qolların sayını 959-a çatdırıb. Əfsanəvi futbolçunun 1000 qol həddinə çatması üçün daha 41 dəfə rəqib qapılarını silkələməsi lazımdır.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nəsr” klubu ilə mövcud müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.







Offside