13 yanvar 2026. Çərşənbə axşamı

“Əl-Hilal” “Əl-Nəsr”i məğlub etdi


  • Offside
  • 23:52 12.01.2026
  • Oxunma sayı: 42
“Əl-Hilal” “Əl-Nəsr”i məğlub etdi

Səudiyyə Ərəbistanı Pro Liqasının 2025/2026 mövsümünün XV turu çərçivəsində keçirilən “Əl-Hilal” – “Əl-Nəsr” oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Ər-Riyadda yerləşən “Kingdom Arena” stadionunda baş tutan qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

Matçda hesabı 42-ci dəqiqədə “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldo açıb. İkinci hissənin əvvəlində, 57-ci dəqiqədə Salem Əl-Davsari penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 60-cı dəqiqədə “Əl-Nəsr”in qapıçısı Nəvaf Əl-Akidi qırmızı vərəqə alaraq meydandan qovulub. Say üstünlüyündən istifadə edən “Əl-Hilal” 81-ci dəqiqədə Məhəmməd Kannonun qolu ilə önə keçib. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə Ruben Neveş qoyub.

14 turdan sonra “Əl-Hilal” 38 xalla turnir cədvəlinə liderlik edir. “Əl-Nəsr” isə 31 xalla ikinci pillədə qərarlaşıb.

Növbəti turda “Əl-Hilal” yanvarın 18-də səfərdə “Neom”la qarşılaşacaq. “Əl-Nəsr” isə bir gün əvvəl öz meydanında “Əl-Şabab”ı qəbul edəcək.







Offside