- Offside
- 18:07 13.01.2026
Yanvarın 16-da EA Sports FC 26 oyununda 2025-ci ilin ən yaxşı futbolçularını əhatə edən böyük “İlin komandası” () tədbiri start götürəcək.
90deqiqe.Az xəbər verir ki, bununla paralel olaraq Ultimate Team rejimində son 12 ay ərzində futbol dünyasında xüsusi fərqlənmiş məşhur oyunçuların bir sıra yeni kartları təqdim olunacaq.
Datamaynirlərin diqqət çəkdiyi məqama görə, Ultimate Team rejiminin tarixində ilk dəfə olaraq siyahıya Kriştiano Ronaldo və Lionel Messi daxil edilməyib. Bu isə o deməkdir ki, portuqaliyalı və argentinalı ulduzlar 2009-cu ildən — yəni Ultimate Team rejiminin FIFA 2009 ilə yaradılmasından bəri ilk dəfə ümuTeam of the Yearmi “İlin komandası”nda yer almayıblar.
Bununla belə, tədbir müddətində EA bir neçə iri Evolution yeniləməsi təqdim edəcək. Bu yeniliklər vasitəsilə müasir futbol əfsanələrinin standart kartlarını xeyli gücləndirmək mümkün olacaq.
Ehtimal edilir ki, Ronaldo və Messi may ayında keçiriləcək “Mövsümün komandası” (Team of the Season) tədbiri çərçivəsində oyuna əlavə oluna bilərlər. Həmin dövrdə Səudiyyə Ərəbistanı çempionatı və MLS-in ən yaxşı futbolçularının da təqdim olunması gözlənilir. Lakin bütün hallarda Messi və Ronaldo geridə qalan ilin “İlin komandası”na düşməyərək yerlərini daha gənc oyunçulara veriblər.