1 mart 2026. Bazar günü

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb


  • Offside
  • 10:59 14.01.2026
  • Oxunma sayı: 415
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

 90deqiqe.Az xəbər verir ki, o, qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Srvena Zvezda” və Danimarkanın “Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.







Offside