14 yanvar 2026. Çərşənbə

Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub


  • Offside
  • 16:28 14.01.2026
  • Oxunma sayı: 67
Kamandan oxatma üzrə ölkə birinciliyinin və çempionatının açılışı olub

Bakıda kamandan oxatma üzrə örtülü salonda ölkə birinciliyinin və çempionatının açılış mərasimi baş tutub.

Azərbaycan Kamandan Oxatma Federasiyasından  90deqiqe.Az-a verilən məlumata görə, qurumun baş katibi Fərid Xəlilov bildirib ki, ötən müddət ərzində federasiya tərəfindən idmançıların fiziki və texniki hazırlıqları, habelə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirakının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb.

Gənclər və İdman Nazirliyinin Strateji Təhlil Sektorunun müdiri Ülviyyə Hacıyeva nazirlik tərəfindən idman sahəsində aparılan islahatların əhəmiyyətini qeyd edib. O, bu növ yarışların ölkədə idmanın kütləviliyinin artırılması və yüksək nailiyyətlər üçün sağlam rəqabət mühitinin yaradılması baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.

Rəsmi hissədən sonra çempionatın təsnifat mərhələsi başlayıb.







Offside