15 yanvar 2026. Cümə axşamı

Cokoviç Avstraliya Açıq Çempionatında məşqi yarımçıq dayandırdı


  • Offside
  • 22:43 14.01.2026
  • Oxunma sayı: 47
Cokoviç Avstraliya Açıq Çempionatında məşqi yarımçıq dayandırdı

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi, serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq Çempionatı çərçivəsində axşam məşqini vaxtından əvvəl dayandırıb.

90deqiqe.Az-ın "Punto de Break"a istinadən məlumatına görə, təcrübəli tennisçi məşqin başlanmasından cəmi 12 dəqiqə sonra boyun nahiyəsində hiss etdiyi ağrılar səbəbindən prosesi yarımçıq qoyub. Cokoviçə məşq zamanı fizioterapevtin köməyi lazım olub.

Qeyd edək ki, hazırkı Australian Open çempionu dünya reytinqində ikinci pillədə yer alan italiyalı Yannik Sinnerdir. O, ötən ilin finalında alman tennisçi Aleksandr Zverevi 6:3, 7:6 (7:4), 6:3 hesabı ilə məğlub edib.







Offside