2 mart 2026. Bazar ertəsi

Azərbaycan və Danimarka arasında keçiriləcək iki yoldaşlıq oyununun hakimləri açıqlanıb


  • Offside
  • 10:30 15.01.2026
  • Oxunma sayı: 209
Azərbaycan və Danimarka arasında keçiriləcək iki yoldaşlıq oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, yanvarın 22-də təşkil olunacaq ilk görüşdə ədaləti Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov qoruyacaqlar.

Komandalar arasında yanvarın 24-də reallaşacaq ikinci matçı isə Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov idarə edəcəklər.

Bakı İdman Sarayında baş tutacaq oyunlar müvafiq olaraq, saat 19:00 və 16:00-da başlayacaq.







Offside