15 yanvar 2026. Cümə axşamı

Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar təşkil olunub


  • Offside
  • 16:51 15.01.2026
  • Oxunma sayı: 71
Azərbaycan cüdoçuları üçün yeni qaydalarla bağlı seminar təşkil olunub

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət milli komandasının üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.

Bu barədə 90deqiqe.Az-a Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib. Seminar AGF-nin prezidentinin müşaviri Natiq Bağırov və hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin rəhbərliyi ilə keçirilib.

Tədbirdə qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr əsasında izah olunub, müxtəlif vəziyyətlər üzrə qərarvermə meyarları müzakirə edilib. Seminarın əsas məqsədi yeni tələblərin idmançılar tərəfindən daha düzgün mənimsənilməsi, yarış zamanı mümkün anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın təkmilləşdirilməsi olub.







Offside