- Offside
- 23:57 15.01.2026
20 qat “Böyük Dəbilqə” turnirlərinin qalibi, sabiq dünya birincisi, isveçrəli tennisçi Rocer Federer yenidən məşqçilik karyerasına başlama ehtimalı ilə bağlı danışıb.
“Heç vaxt ‘heç vaxt’ demə. Hazırda çox məşğulam — dörd övladım var (gülür), buna görə də indiki mərhələdə bu, real görünmür. Amma vaxtilə Stefan Edberq də eyni sözləri deyirdi… Karyeramı bitirmək qərarını verəndə bu, mənim üçün bir rahatlama oldu. İndi özümü çox yaxşı hiss edirəm, həyatımda etdiklərimə nəzarət edirəm və ailəmlə vaxt keçirməkdən zövq alıram”, — deyə Federer jurnalist Xose Morqadunun sosial şəbəkə X-də paylaşdığı açıqlamada bildirib.
Qeyd edək ki, Rocer Federer peşəkar karyerasını başa vurduqdan sonra ictimai və ailə həyatına üstünlük verir və indiyədək rəsmi məşqçilik fəaliyyəti ilə bağlı konkret addım atmayıb.