- Offside
- 22:34 16.01.2026
Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışında iştirak edəcək.
90deqiqe.Az xəbər verir ki, milli komandanın üzvü yanvarın 17-dən 27-dək Çin Xalq Respublikasının Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandalarının əsas bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.