- Offside
- 22:34 16.01.2026
Avstriyanın Kitzbühel şəhərində qarüstü polo üzrə növbəti Dünya Kubokuna start verilib.
Dövlət Sərhəd Xidmətindən 90deqiqe.Az -a bildirilib ki, dünyanın nüfuzlu qış idman tədbirlərindən biri hesab olunan turnirdə peşəkar komandalar qalibiyyət uğrunda mübarizəyə başlayıblar.
Azərbaycan yarışda “Land of Fire” komandası ilə təmsil olunur.
Kitzbühel şəhərinin qış mövsümünə uyğunlaşdırılmış xüsusi qar örtüklü məşhur polo meydançasında təşkil olunan turnirdə poloçularımız ilk qarşılaşmada “Bentley” komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin 7:4 hesablı qələbəsi ilə bitib.
Qarüstü polo üzrə Dünya Kubokuna yanvarın 18-də yekun vurulacaq.