- Offside
- 22:34 16.01.2026
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçirilib.
90deqiqe.Az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış qarşılaşma baş tutub. Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən oyunda “Azərreyl” komandası “Xilasedici” ilə üz-üzə gəlib. Görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qadınların mübarizəsində isə IX turun iki oyunu təşkil olunub. “Turan” kollektivi “Murov Az Terminal” üzərində inamlı qələbə qazanıb – 3:0 (25:18, 25:14, 25:19). Günün digər matçında “DH Volley” komandası “Milli Aviasiya Akademiyası”nı 3:0 (25:23, 25:17, 25:21) hesabı ilə məğlub edib.