17 yanvar 2026. Şənbə

"Rocer Federerlə oynamaq istərdim"


  • Offside
  • 22:34 16.01.2026
  • Oxunma sayı: 49
"Rocer Federerlə oynamaq istərdim"

İtaliyalı tennisçi, dünya reytinqində ikinci pillədə qərarlaşan Yannik Sinner 20 qat “Böyük dəbilqə” turnirləri çempionu Rocer Federerlə oynamaq istədiyini bildirib.

90deqiqe.Az xəbər verir ki, "Ubitennis" Sinnerin dediklərini belə çatdırıb.

 “Əlbəttə, onunla heç olmasa bir dəfə rəsmi oyunda qarşılaşmaq istərdim. Sadəcə bunun necə hiss olduğunu anlamaq üçün. Hər bir tennisçi təkcə oyun üslubuna görə deyil, həm də yanaşmasına görə fərqlənir. Rocerin oyunu bir çox cəhətdən Qriqor Dimitrovun oyununa bənzəyir, amma yenə də bunlar iki fərqli tennisçidir.

Həmin matçda Dimitrov çox yaxşı oynadı, oyunun ritmini tez-tez dəyişirdi və xüsusilə ot örtüklü kortda bu üslubun kombinasiyası ilə zəif tərəflərimi tapmağı bacardı. Gələcəkdə belə oyunlara daha hazır olmaq üçün məhz bu üzərində çox çalışdıq. Amma bəli, Rocerlə oynamaq mənim üçün böyük zövq olardı. Ola bilsin ki, o, bütün dövrlərin ən unikal tennisçisidir. Sadəcə mən tura bir qədər gec qoşuldum” 

Qeyd edək ki, Federер daha əvvəl Uimbldon-2025 turnirində Sinnerin Qriqor Dimitrovla oyununu yüksək qiymətləndirmişdi.







Offside