17 yanvar 2026. Şənbə

UEFA 47 milyon avro itkinin səbəbini açıqladı


  • Offside
  • 00:43 17.01.2026
  • Oxunma sayı: 42
UEFA 47 milyon avro itkinin səbəbini açıqladı

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 47 milyon avro həcmində maliyyə itkisini ABŞ dollarının məzənnəsində baş verən dəyişikliklərlə izah edib.

90deqiqe.Az xəbər verir ki, UEFA-nın maliyyə hesabatında bildirilir ki, son bir neçə il ərzində qurum güclü ABŞ dollarından faydalanaraq valyuta əməliyyatları nəticəsində əhəmiyyətli gəlirlər əldə edib. Lakin 2025-ci ilin mart ayında vəziyyət dəyişib və dolların məzənnəsi təxminən 9 faiz zəifləyib. Bu isə 47 milyon avro məbləğində valyuta itkisinə səbəb olub.

“Hesabat dövründə xarici valyutadan əldə edilən gəlirlər bir neçə il ardıcıl müsbət olub. Təəssüf ki, 2025-ci ilin yazında ABŞ dolları müxtəlif səbəblərdən – iqtisadi, bazar və geosiyasi amillərin təsiri altında kəskin şəkildə zəifləyib”, 

Xatırladaq ki, 2025-ci ilin yazında ABŞ dünyanın demək olar ki, bütün ölkələrindən idxal olunan məhsullara rüsum və tariflər tətbiq etməyə başlayıb.







Offside