17 yanvar 2026. Şənbə

Cokoviç Avstraliya Açıq Çempionat öncəsi Federer–Aqassi matçını izləyib


  • Offside
  • 14:54 17.01.2026
  • Oxunma sayı: 45
Cokoviç Avstraliya Açıq Çempionat öncəsi Federer–Aqassi matçını izləyib

“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, serbiyalı tennisçi Novak Cokoviç Avstraliya Açıq Çempionatı 2026 turnirinin startı ərəfəsində keçirilən nümayiş xarakterli oyunu tribunadan izləyib.

90deqiqe.Az-ın məlumatına görə, matçda 20 qat “Böyük dəbilqə” çempionu, isveçrəli Rodjer Federer amerikalı Andre Aqassi ilə birlikdə cütlüklər yarışında Avstraliya tennisçiləri Leyton Hyuitt və Patrik Rafter dueti ilə qarşılaşıb. Görüş zamanı Federer tribunaya yaxınlaşaraq Novak Cokoviçi salamlayıb, tərəflər səmimi şəkildə qucaqlaşıblar.

Qeyd edək ki, mövsümün ilk “Böyük dəbilqə” turniri olan Avstraliya Açıq Çempionatı 2026 yanvarın 18-dən fevralın 1-dək Melburn şəhərindəki sərt örtüklü kortlarda keçiriləcək. Turnirin hazırkı çempionları kişilərdə italiyalı Yannick Sinner, qadınlarda isə ABŞ təmsilçisi Madison Keys-dir.







Offside