18 yanvar 2026. Bazar günü

"Ronaldo son vaxtlar hər şeyi yaxşı bacarmır"


  • Offside
  • 13:44 18.01.2026
  • Oxunma sayı: 26
"Ronaldo son vaxtlar hər şeyi yaxşı bacarmır"

“Əl-Nəsr” klubunun baş məşqçisi Jorje Jezuş Səudiyyə Ərəbistanı çempionatında “Əl-Şabab” üzərində 3:2 hesablı qələbədən sonra komandanın çıxışını dəyərləndirib.

 90deqiqe.Az-ın məlumata görə, Portuqaliyalı mütəxəssis mətbuat konfransında bildirib:

“Standart vəziyyətlərdə daha yaxşı çıxış etməliyik. Bizim ən güclü standartlar ifaçımız Kriştiano Ronaldodur. Son vaxtlar onda hər şey alınmır, lakin bu komponent üzərində mütləq işləməliyik”.

Qarşılaşmada meydan sahiblərinin lideri və kapitanı Kriştiano Ronaldo məhsuldar fəaliyyətlə yadda qalmasa da, oyunu sonadək davam etdirərək komandasına çempionatda uğursuzluqlar seriyasını dayandırmağa kömək edib.

Qeyd edək ki, Kriştiano Ronaldo hazırda Səudiyyə Ərəbistanı liqasının bombardirlər siyahısına 15 qolla başçılıq edir. Ulduz hücumçu fevral ayında 41 yaşını qeyd edəcək.







Offside