- Offside
- 15:51 18.01.2026
Dünya birincisi, ispaniyalı tennisçi Karlos Alkaras 20 qat “Böyük dəbilqə” turnirlərinin qalibi, sabiq dünya birincisi, isveçrəli Rodcer Federerin onun oyun üslubuna verdiyi komplimentə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli tennisçi bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bunu eşidəndə çox xoş hisslər keçirdim. Onunla razıyam. Daha əvvəl də danışmışdıq ki, tennis və oyun tərzi baxımından Yannik daha çox Cokoviçə bənzəyir. Mən isə bir qədər Rodcerə oxşayıram”,
Qeyd edək ki, Karlos Alkarasın 22 yaşı var. O, karyerası ərzində təkbətək mübarizədə 24 titul qazanıb, bunların altısı “Böyük dəbilqə” turnirlərinə təsadüf edir. İspaniyalı tennisçi ABŞ Açıq Çempionatının (2022, 2025), Uimbldonun (2023, 2024) və Fransa Açıq Çempionatının (2024, 2025) qalibi olub. Karyera “Böyük dəbilqə”sini tamamlamaq üçün Alkarasa yalnız Avstraliya Açıq turnirində qələbə çatışır. Sözügedən turnir 18 yanvar – 1 fevral tarixlərində keçiriləcək.