18 yanvar 2026. Bazar günü

"Hələ də orada olmağa çalışıram"


  • Offside
  • 15:51 18.01.2026
  • Oxunma sayı: 20
"Hələ də orada olmağa çalışıram"

24 qat “Böyük dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində dördüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç böyük turnirlərdə ispaniyalı Karlos Alkaras və italiyalı Yannik Sinnerlə rəqabət aparmaq imkanları barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Punto de Break" təcrübəli tennisçinin dediklərini belə çatdırıb.

“Tennisin bu mərhələsində onlarla rəqabət aparmaq üçün mənə bir qədər ayaq işi çatışmır. Buna baxmayaraq, 2025-ci ildə olduğu kimi yenə maksimumumu ortaya qoyuram. Düşünürəm ki, həmin mövsümdə çox yaxşı çıxış etdim və titul uğrunda mübarizədə onlara real çağırış yaratdım. Artıq Sinneri və Alkarası tərifləməyə ehtiyac yoxdur, onları kifayət qədər tərifləyiblər (gülür). Hamı onların nə qədər güclü olduğunu bilir. Onlar hazırda kişi tennisində dominant qüvvələrdir və olduqları yeri tam haqq edirlər.

Mənim üçün əsas məsələ reytinq deyil. Düzdür, 4-cü pillədə olmaq xoşdur, amma bu, “Böyük dəbilqə” turnirlərinə yanaşmamı dəyişmir. Hazırda əsas məqsədim bədənimi qorumaq, hər oyuna final kimi yanaşmaq, eyni zamanda boş yerə enerji itirmədən formamı mərhələli şəkildə artırmaqdır. Avstraliyada yenə uzağa getməyə ümid edirəm. Onlardan biri, bəlkə də hər ikisi ilə üz-üzə gəlmək istərdim. Görək necə olacaq”







Offside