- Offside
- 17:55 19.01.2026
Kanadalı tennisçi, dünya reytinqində 17-ci pillədə qərarlaşan Viktoriya Mboko Avstraliya Açıq Çempionatı turnirinin birinci mərhələsində Avstraliya təmsilçisi Emerson Consu (dünya reytinqində 155-ci yer) məğlub edib.
90deqiqe.Az xəbər verir ki,tennisçilər arasında keçirilən qarşılaşma 1 saat 12 dəqiqə davam edib və Mbokonun 6:4, 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mboko növbəti mərhələdə Böyük Britaniya təmsilçisi, dünya reytinqində 29-cu olan Emma Radukanu ilə qarşılaşacaq.
Qeyd edək ki, Avstraliya Açıq Çempionatı turniri 1 fevral tarixində başa çatacaq.