- Offside
- 17:55 19.01.2026
Seneqal prezidenti Bassiru Diomaye Faye Afrika Millətlər Kubokunda qazanılan tarixi qələbə ilə əlaqədar ölkədə 19 yanvar 2026-cı il, bazar ertəsi gününü ödənişli istirahət günü elan edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "RTS 1" telekanalı məlumat yayıb.
Xatırladaq ki, Afrika Millətlər Kubokunun finalında Seneqal millisi Mərakeş yığması ilə qarşılaşıb. Gərgin keçən görüşün əsas vaxtı qolsuz başa çatsa da, əlavə vaxtın 94-cü dəqiqəsində Pap Geeyənin vurduğu qol Seneqal yığmasına 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticə ilə Seneqal millisi tarixində ikinci dəfə Afrika Millətlər Kubokunun qalibi adını qazanıb. Dörd il əvvəl keçirilən turnirdə də seneqallılar finalda Misir yığmasını penaltilər seriyasında məğlub etmişdi (0:0, penaltilər – 4:2). Həmin qələbədən sonra da ölkə rəhbərliyi tərəfindən analoji qərar verilmişdi.