- Offside
- 17:55 19.01.2026
İspaniya La Liqasının 20-ci turunda Madrid “Atletiko”su doğma meydanda “Alaveş”i minimal hesabla məğlub edib – 1:0.
90deqiqe.Az-ın "Mundo Deportivo"ya istinadən məlumata görə, qarşılaşmadan sonra “matrasçılar”ın baş məşqçisi Dieqo Simeone oyunu dəyərləndirib. Argentinalı mütəxəssis komandasının ilk hissədə göstərdiyi performansı xüsusi qeyd edib.
“Komanda ilk yarını çox yaxşı keçirdi. Bu, mövsüm ərzində ‘Atletiko’nun ən yaxşı ilk hissələrindən biri idi. Fasilədən sonra da eyni tempdə oynadıq və qol vurmağa nail olduq. Son dəqiqələrdə rəqib minimal hesab fərqinə görə heç-heçəni qoparmağa çalışırdı”
Qeyd edək ki, bu qələbədən sonra Madrid təmsilçisi aktivinə 41 xal yazdırıb və turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.