- Offside
- 16:34 20.01.2026
24 qat Böyük Dəbilqə qalibi Novak Cokoviç Avstraliya Açıq Çempionatına 2026-nın açılış turunda ispan Pedro Martinez-Portero üzərində 6:3, 6:2, 6:2 hesablı qələbə qazandıqdan sonra fiziki vəziyyətindən danışıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli tennis bildirib ki, bu gün arxa xəttdə daha çox oyuna şans tapıb və bu üstünlüyü maksimum istifadə edib:
“Bu gün bəzi rəqiblərə nisbətən arxa xəttdə daha çox vaxtım oldu. Bunun üstünlüyünü çıxarıb ritmi öz xeyrimə çevirməyə çalışdım.
Fiziki olaraq son 10 ildəki ən yaxşı formamı göstərmişəm? Yox, düşünmürəm. Buradakı ilk turlarda adətən hər il özümü təzə hiss edirəm. Xüsusi yorğunluğu xatırlamıram, çünki mövsümün başlanğıcıdır. Keçən il Brisben turnirində üç matç keçirmişdim, amma hər zaman buraya vaxtında gəlir, bir həftə əvvəlcədən məşqlərlə turnirə motivasiyalı və təzə şəkildə başlayıram. Məqsədim ilin başlanğıcını ən yaxşı formada keçirməkdir”, — deyə serbiyalı tennisçi əlavə edib.