21 yanvar 2026. Çərşənbə

Taekvondo üzrə Azərbaycan millisi Şəkidə hazırlıq keçir


  • Offside
  • 15:38 21.01.2026
  • Oxunma sayı: 33
Taekvondo üzrə Azərbaycan millisi Şəkidə hazırlıq keçir

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Şəkidə təlim-məşq toplanışına start verib.

90deqiqe.Az-ın məlumatına görə, Şəki Olimpiya İdman Kompleksində keçirilən 14 günlük hazırlıq mərhələsində əsas diqqət idmançıların ümumi fiziki hazırlığının yüksəldilməsinə yönəldilib.

Təlim-məşq prosesi böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında həyata keçirilir.

Toplanışın əsas məqsədi yığma üzvlərinin fiziki hazırlıq səviyyəsinin artırılması, funksional dayanıqlığın gücləndirilməsi və qarşıdakı beynəlxalq yarışlara optimal formada hazırlaşmalarının təmin edilməsidir.







Offside