22 yanvar 2026. Cümə axşamı

“Əl-Nəsr”dən səfərdə inamlı qələbə


  • Offside
  • 23:54 21.01.2026
  • Oxunma sayı: 31
“Əl-Nəsr”dən səfərdə inamlı qələbə

 Səudiyyə Ərəbistanı Pro Liqasının 2025/2026 mövsümünün 17-ci turu çərçivəsində “Damak” və “Əl-Nəsr” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Abha şəhərində yerləşən “Şahzadə Sultan bin Əbdüləziz” stadionunda keçirilən qarşılaşmada “Əl-Nəsr” 2:1 hesablı qələbə qazanıb.

Matçda hesab 5-ci dəqiqədə açılıb. Qonaq komandanın futbolçusu Əbdülrəhman Qarib fərqlənərək “Əl-Nəsr”i hesabda önə çıxarıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə hücumçu Kriştianu Ronaldo komandasının üstünlüyünü artırıb. 68-ci dəqiqədə isə meydan sahiblərinin müdafiəçisi Camal Harkass fərqi minimuma endirib.

Qeyd edək ki, Kriştianu Ronaldo bu qolla karyerasında 960-cı dəfə fərqlənib.

Çempionatda 16 oyun keçirən “Əl-Nəsr” 37 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Damak” isə 11 xalla 15-ci yerdədir.







Offside