- Offside
- 21:19 22.01.2026
Azərbaycan Basketbol Federasiyasının (ABF) beynəlxalq dərəcəli hakimləri mövsümortası fiziki testdən uğurla keçiblər.
ABF-dən 90deqiqe.Az-a verilən məlumata görə, beynəlxalq dərəcəli hakimlər mövsümün ortasında keçirilən qaçış testini uğurla tamamlayaraq, yay mövsümündə FIBA turnirlərində iştirak etmək hüququ qazanıblar.
Test FIBA-nın Azərbaycandakı milli təlimçisi Ələkbər Həsənov tərəfindən keçirilib.
Qeyd edək ki, testə ABF-nin müxtəlif liqalarında fəaliyyət göstərən hakimlər də cəlb olunub.