22 yanvar 2026. Cümə axşamı

Boks üzrə Azərbaycan çempionatına start verilib


  • Offside
  • 19:52 22.01.2026
  • Oxunma sayı: 36
Boks üzrə Azərbaycan çempionatına start verilib

Boks üzrə Azərbaycan çempionatına start verilib.

 90deqiqe.Az xəbər verir ki, 33 komandanın 166 idmançısının qatıldığı yarışın ilk günündə 24 döyüş baş tutub. 5 çəki dərəcəsində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adları məlum olub.

Ötən yarışın mükafatçılarından Həsən Məlikov, Tural Sarıyev, Amin Məmmədzadə, Ruslan Rüstəmov, Məhəmmədəli Qasımzadə, Zaur Qəhrəmanov və Nəbi İsgəndərov ilk döyüşlərini xeyirlərinə bitiriblər. Həmçinin Tayfur Əliyevlə Ümid Rüstəmov da rəqiblərini məğlub ediblər.







Offside