- Offside
- 15:38 23.01.2026
Yanvarın 22-dən 23-nə keçən gecə (Bakı vaxtı) Avstraliyanın Melburn şəhərində keçirilən Avstraliya Açıq Çempionatına – 2026 turnirində kişi təkbətək yarışlarında üçüncü turun oyunu başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, dünyanın bir nömrəli tennisçisi, turnirin birinci səpələnmişi ispan Karlos Alkaras reytinqdə 37-ci pillədə qərarlaşan, 32-ci səpələnmiş fransalı Korenten Mute ilə qarşılaşıb. Görüş Alkarasın inamlı qələbəsi ilə yekunlaşıb – 6:2, 6:4, 6:1.
Qarşılaşma 2 saat 7 dəqiqə davam edib.
Qeyd edək ki, Avstraliya Açıq Çempionatının dördüncü mərhələsində Karlos Alkaras ABŞ təmsilçisi, dünya reytinqində 20-ci pillədə olan və turnirin 19-cu səpələnmişi Tommi Pol ilə üz-üzə gələcək.