23 yanvar 2026. Cümə

Azərbaycan Kamandan Oxatma Federasiyası ilk dəfə beynəlxalq "Macron" brendi ilə əməkdaşlıq edib


  • Offside
  • 15:36 23.01.2026
  • Oxunma sayı: 62
Azərbaycan Kamandan Oxatma Federasiyası ilk dəfə beynəlxalq "Macron" brendi ilə əməkdaşlıq edib

Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov məşqçi heyəti və idmançılarla bir araya gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüşün əsas mövzuları qarşıdakı yerli və beynəlxalq yarışlar, eləcə də hazırlıq prosesinin yüksəldilməsi olub. ​Müzakirə çərçivəsində yeni yarış təqvimi və planlar geniş təhlil edilib, yüksək səviyyədə hazırlıq üçün təlim-məşq toplanışlarının təşkili məsələlərinə toxunulub.

Eyni zamanda, texniki direktor Vladimer Lekveişvili və baş məşqçi Natiq Fazilov çıxış edərək komanda'nın cari fiziki-texniki hazırlığı barədə ətraflı məlumat veriblər.

Görüşdə diqqət çəkən ən qürurverici məqam isə Federasiyamızın tarixində ilk dəfə olaraq dünya şöhrətli "Macron" brendi ilə beynəlxalq əməkdaşlığa qədəm qoyması olub. Milli komandamızın rəsmi sponsoru olan "Macron"un yeni formalarında tədbirə qatılan idmançılarımız, bundan sonra beynəlxalq arenalarda ölkəmizi məhz bu geyimlərdə təmsil edəcəklər.







Offside

AFFA-nın liqalarında yenilik
  • Offside
  • 15:38 23.01.2026
AFFA-nın liqalarında yenilik