24 yanvar 2026. Şənbə

Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub


  • Offside
  • 20:48 23.01.2026
  • Oxunma sayı: 187
Azərbaycan Yüksək Liqasında X tura yekun vurulub

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X turun oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki, turun son oyun günündə azarkeşlər iki maraqlı qarşılaşmanın şahidi olublar. “Milli Aviasiya Akademiyası” doğma meydanda UNEC komandası ilə üz-üzə gəlib. Görüşə yaxşı başlayan qonaqlar ilk seti 25:23 hesabı ilə qazansalar da, davamında təşəbbüsü ələ alan meydan sahibləri ardıcıl üç setdə üstün olaraq matçı 3:1 hesabı ilə qələbə ilə başa vurublar – 23:25, 25:19, 25:14, 25:11.

Günün digər oyununda isə “Murov Az Terminal” komandası “Gənclər”lə qarşılaşıb. Matç boyunca inamlı oyun nümayiş etdirən “Murov Az Terminal” rəqibinə set vermədən qalib gəlib – 3:0 (25:19, 25:15, 25:20).

Beləliklə, X turdan sonra turnir cədvəlində vəziyyət daha da gərginləşib.







Offside

AFFA-nın liqalarında yenilik
  • Offside
  • 15:38 23.01.2026
AFFA-nın liqalarında yenilik