- Offside
- 23:35 23.01.2026
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) ümumi yığıncağı keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən federasiyanın prezidenti Zaur Əliyev ötən ilin yekunları, görülən işlər və ASF-nin qarşıdakı dövr üçün əsas prioritetləri barədə məlumat verib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək federasiyanın fəaliyyətini yüksək qiymətləndirib, həmçinin üzgüçülüyün inkişafı istiqamətində görülən işləri təqdirəlayiq hesab edib və gələcək fəaliyyətində ASF-yə uğurlar arzulayıb.
Federasiyanın baş katibi Oqtay Atayev gündəlikdə duran məsələlər, ASF-nin 2025-ci il ərzindəki fəaliyyəti və görülmüş işlərlə bağlı hesabatla çıxış edib. Yığıncaqda səsvermə yolu ilə federasiyanın yeni nizamnaməsi qəbul olunub.
Həmçinin səsvermə nəticəsində Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib. Bununla da federasiyada vitse-prezidentlərin sayı dördə çatıb. Hazırda bu vəzifəni Xaliq İldırımzadə, Dəyanət Sədullayev, Ümid Abuzərli və Jalə Əhmədova icra edirlər.
Bundan başqa, ASF-nin İcraiyyə Komitəsində Eldar Abbasov, Ruslan Ələkbərov, Şamil Əbdürrəhmanov, Azər Babayev və Mark Koqanov da təmsil olunurlar.