- Offside
- 23:35 23.01.2026
Dünya reytinqində 6-cı pillədə qərarlaşan avstraliyalı tennisçi Aleks de Minor Avstraliya Açıq Çempionatı 2026 turnirində ABŞ təmsilçisi Frensis Tiafo (ATP 34) üzərində üç setdə qələbə qazanaraq dördüncü tura vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, matç 2 saat 43 dəqiqə davam edib və nəticə 6:3, 6:4, 7:5 de Minorun xeyrinə olub.
Növbəti raundda Aleks de Minor Qazaxıstan tennisçisi Aleksandr Bubliklə argentinalı Tomas Martin Etçeverri arasındakı matçın qalibi ilə qarşılaşacaq. Bu qarşılaşma onun Avstraliya Açıq Çempionatında daha da irəliləməsi üçün həlledici olacaq.