- Offside
- 20:48 24.01.2026
Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FIFA referisi Hikmət Qafarlı da var.
90deqiqe.Az xəbər verir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.
Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.
Qeyd edək ki, FIFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.