- Offside
- 20:48 24.01.2026
Futzal üzrə Azərbaycan millisi Danimarka yığması ilə keçirdiyi ikinci yoldaşlıq görüşündə qələbə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv 4:2 hesabı ilə üstün olub. Milli komandamızın heyətində Fərid Abbasov, Emil Həsənzadə, Ədalət Ələkbərov və təcrübəli qapıçı Rövşən Hüseynli fərqləniblər. Danimarka millisinin qollarına isə Mads Falk və Ruben Vinther imza atıblar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk yoldaşlıq oyununda Danimarka yığması 4:1 hesablı qələbə əldə etmişdi.