24 yanvar 2026. Şənbə

Novak Cokoviç Avstraliya Açıq çempionatında tarixi rekorda imza atdı


  • Offside
  • 20:48 24.01.2026
  • Oxunma sayı: 46
Novak Cokoviç Avstraliya Açıq çempionatında tarixi rekorda imza atdı

“Böyük Dəbilqə” turnirlərinin 24 qat qalibi və dünya reytinqində dördüncü pillədə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç karyerasında Avstraliya Açıq çempionatında 102-ci qələbəsini qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, bu gün keçirilən AO–2026 turnirinin üçüncü mərhələsində Cokoviç Niderland təmsilçisi Botik van de Zandşulp üzərində 6:3, 6:4, 7:6 (7:4) hesablı qələbə əldə edib. Bununla da serbiyalı tennisçi bu göstəricidə 20 qat “Böyük Dəbilqə” çempionu, sabiq dünya birincisi isveçrəli Rocer Federerə çatıb. 102 qələbə Avstraliya Açıq çempionatları tarixində mütləq rekorddur.

Qeyd edək ki, Novak Cokoviç Avstraliya Açıq çempionatının 10 qat çempionudur (2008, 2011, 2012, 2013, 2015, 2016, 2019, 2020, 2021 və 2023). O, AO–2026-nın dördüncü mərhələsində çexiyalı Yakub Menşiklə üz-üzə gələcək.







Offside