- Offside
- 19:31 25.01.2026
Azərbaycanlı beynəlxalq dərəcəli fiqurlu konkisürən Nərgiz Süleymanova İtaliyanın Merano şəhərində keçirilən “Merano Ice Trophy” beynəlxalq turnirində uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az xəbər verir ki, qısa və sərbəst proqramlarda çıxış edən təmsilçimiz yarışda iştirak edən 10 idmançı arasında 166,39 xal toplayaraq ikinci yeri tutub və gümüş medala layiq görülüb.
Qeyd edək ki, Nərgiz Süleymanovanın bu nəticəsi onun beynəlxalq arenada stabil və yüksələn performansının göstəricisi hesab olunur.