26 yanvar 2026. Bazar ertəsi

Azərbaycan çempionatı: Kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşib


  • Offside
  • 18:51 26.01.2026
  • Oxunma sayı: 48
Azərbaycan çempionatı: Kişi boksçuların mübarizəsində yarımfinalçılar, qadınlarda finalçılar müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, 33 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 23 döyüş baş tutub.

Qarşılaşmaların yekununa əsasən son 5 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Qadın boksçuların mübarizəsində isə son 2 çəki dərəcəsində finalçılar bəlli olub. 4 döyüşün yekununa əsasən həlledici mərhələyə yüksələnlər dəqiqləşib. 







Offside