26 yanvar 2026. Bazar ertəsi

Şahin Bağırov Cəlilabadda yeniyetmə voleybolçularla və məşqçilərlə görüşüb


  • Offside
  • 19:40 26.01.2026
  • Oxunma sayı: 45
Şahin Bağırov Cəlilabadda yeniyetmə voleybolçularla və məşqçilərlə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Cəlilabadda yeniyetmə və gənc idmançılarla, həmçinin məşqçilərlə görüşüb.

90deqiqe.Az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, AVF-nin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi nümayəndələri, yeniyetmə voleybolçuların valideynləri və digər qonaqlar iştirak ediblər.

Görüş zamanı sözügedən rayonda voleybolun inkişafı, idmançılar və məşqçilər üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Şahin Bağırov çıxışında federasiya tərəfindən ölkədə voleybolun kütləviliyinin artırılması, bölgələrdə idmanın təşviqi və gənc nəsilin bu idman növünə cəlb olunması istiqamətində gördüyü işlərdən danışıb.

Tədbirdə federasiya prezidenti və digər rəsmi şəxslər yeniyetmələrin məşq prosesini izləyiblər. Daha sonra Şahin Bağırov idmançıların valideynləri ilə görüşərək onların dəstəyinin əhəmiyyətini vurğulayıb, təşəkkürünü bildirib və yaxın gələcəkdə potensiallı gənclərin milli komandaları uğurla təmsil edəcəyinə inamını ifadə edib.







Offside