13 fevral 2026. Cümə

Yelena Parxomenko beynəlxalq yarışa təyinat alıb


  • Offside
  • 17:00 26.01.2026
  • Oxunma sayı: 304
Yelena Parxomenko beynəlxalq yarışa təyinat alıb

Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Qalatasaray” (Türkiyə) – “Allianz” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Görüşün baş hakimləri portuqaliyalı Nunu Maia və kiprli Andreas Daniil olacaq.







Offside