- Offside
- 17:17 27.01.2026
Dünyanın bir nömrəli raketkası, ispaniyalı tennisçi Karlos Alkaras Avstraliya Açıq Çempionatı – 2026 turnirinin 1/4 final mərhələsində Avstraliya təmsilçisi, dünya reytinqində 6-cı pillədə qərarlaşan Aleks de Minoru məğlub edərək yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, üç set davam edən görüş 2 saat 16 dəqiqə çəkib və Alkarasın 7:5, 6:2, 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Yarımfinalda Karlos Alkaras dünya reytinqində 3-cü yerdə olan alman tennisçi Aleksandr Zverevlə üz-üzə gələcək.