- Offside
- 17:17 27.01.2026
Ukraynalı tennisçi Elina Svitolina Avstraliya Açıq Çempionatı turnirinin 1/4 finalında dünya reytinqinin 3-cüsü olan amerikalı Kori Qauff üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, cəmi 59 dəqiqə davam edən qarşılaşma Svitolinanın 6:1, 6:2 hesablı üstünlüyü ilə yekunlaşıb. Görüş ərzində ukraynalı tennisçi 6 breyk-poyntdan 5-ni reallaşdırıb, 4 eys vurub və ikiqat səhvə yol verməyib. Qauff isə 5 ikiqat səhv edib, eys vura bilməyib və 2 breyk-poyntdan yalnız 1-ni reallaşdırıb.
Bu nəticə sayəsində Elina Svitolina yarımfinala yüksəlib. O, finala gedən yolda dünyanın bir nömrəli raketkası Arina Sobolenko ilə qarşılaşacaq. Belaruslu tennisçi 1/4 finalda amerikalı İva Yoviçi məğlub edib.