- Offside
- 17:17 27.01.2026
Qadın boksçular arasında Azərbaycan çempionatında bu gün final döyüşləri keçirilib.
90deqiqe.Az xəbər verir ki, Bakı Boks Mərkəzində təşkil edilən yarışda 55 kiloqram çəkidə Lalə Mədətova qalib adına layiq görülüb. O, finalda Mehparə Məmmədovadan güclü olub – 5:0.
Cəmilə Sultanlı da Azərbaycan çempionu tituluna yiyələnib. O, həlledici görüşdə Günel Rəhimovanı 5:0 hesabı ilə məğlub edib.
Emili Rzayevanın finalda rəqibi Səlbi Bayramova olub. Hər 3 raundu xeyrinə bitirən Bakı təmsilçinin idmançısı yekunda 5:0 hesabı ilə qələbə qazanaraq, 60 kiloqram çəki dərəcəsində birinci olub.
Fatimə Mehdiyeva isə final görüşünün taleyinə ilk raundda aydınlıq gətirib. İlk raundda Leyli Bayramovaya tam üstünlüklə qalib gələn Gəncə boksçusu 65 kiloqram çəkidə ölkənin ən güclüsü adına sahib çıxıb.
Qeyd edək ki, yarışda Güləndam Aslanova (60 kiloqram) və Özləm Həsənova (65 kiloqram) çempionatı bürünc medalla başa vurub.