- Offside
- 12:11 28.01.2026
Azərbaycan Güləş Federasiyası (AGF) və Milli Olimpiya Komitəsi (MOK) müxtəlif layihələri müzakirə edib.
Bu barədə 90deqiqe.Az-a AGF-dən məlumat verilib.
Görüş AGF-nin ofisində baş tutub. MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovla keçirilən görüş zamanı bir sıra strateji əhəmiyyətli məsələlər müzakirə olunub.
Məşqçilər üçün beynəlxalq təlim və sertifikasiya proqramlarında iştirak imkanları, müxtəlif ölkələrin təcrübəsinə əsaslanan milli idman sistemlərinin təkmilləşdirilməsi modelləri, eləcə də gənc atletlərin inkişafına yönəlmiş beynəlxalq layihə və proqramlara qoşulma perspektivləri ətraflı şəkildə dəyərləndirilib.