- Offside
- 19:29 29.01.2026
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında XI turun növbəti qarşılaşmaları baş tutub.
90deqiqe.Az xəbər verir ki, kişilər arasında keçirilən yeganə oyunda “Xilasedici” komandası “Gənclər” üzərində inamlı qələbə qazanıb. Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan görüşdə “Xilasedici” rəqibini 3:0 (25:18, 25:18, 25:14) hesabı ilə məğlub edib.
Qadınların mübarizəsində isə iki qarşılaşma baş tutub. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçirilən matçlarda “Turan” komandası “Gənclər” üzərində 3:0 (25:20, 25:11, 25:17) hesablı qələbə əldə edib. Digər oyunda isə “DH Volley” kollektivi “Azərreyl”i 3:0 (25:13, 27:25, 25:15) hesabı ilə üstələyib.
Qeyd edək ki, çempionatın növbəti turunun oyunları yaxın günlərdə keçiriləcək.