30 yanvar 2026. Cümə

“Abşeron” UNEC üzərində inamlı qələbə qazandı


  • Offside
  • 19:32 30.01.2026
  • Oxunma sayı: 35
“Abşeron” UNEC üzərində inamlı qələbə qazandı

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun növbəti oyunu baş tutub.

90deqiqe.Az-ın məlumata görə, tur çərçivəsində keçirilən qarşılaşmada “Abşeron” komandası UNEC-lə üz-üzə gəlib. Görüş “Abşeron”un 3:0 (26:24, 25:21, 26:24) hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Matç Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunub.

Qeyd edək ki, qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının XI turuna sabah yekun vurulacaq.







Offside