- Offside
- 23:50 30.01.2026
Kriştiano Ronaldo “Əl-Hulud”la oyunda qol vuraraq peşəkar karyerasında 1000 qol hədəfinə yaxınlaşıb.
90deqiqe.Az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu ikinci hissənin əvvəlində fərqlənərək karyerasında 961-ci qolunu vurub.
Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus” klublarında çıxış edib. 2023-cü ildən portuqaliyalı futbolçu “Əl-Nəsr”də oynayır və saudi klubuyla müqaviləsi 2027-ci ilin ortasına qədərdir. 5 fevralda isə onun 41 yaşı tamam olacaq.