- Offside
- 23:50 30.01.2026
24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olan tennisçi Novak Cokoviç 2026 Avstraliya Açıq çempionatının finalına dair gözləntilərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, serbiyalı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“25-ci Böyük Dəbilqə mənim üçün nə demək olacaq? Düşünürəm ki, artıq qazanmışam kimi hiss edirəm. Qarşıda dünyanın bir nömrəli raketi ilə oyun var. Ümid edirəm ki, onunla bərabər oynamaq üçün gücüm çatacaq. Mənim istəyim budur. Qalanını isə Allah müəyyən edəcək.”
Yarıfinalda o, dünyanın ikinci raketi italiyalı Yannik Sinneri 3:6, 6:3, 4:6, 6:4, 6:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Finalda Cokoviç dünyanın bir nömrəli raketi Karlos Alkaras ilə üz-üzə gələcək. Turnir yanvarın 18-dən fevralın 1-dək Melburndə keçirilir. Qeyd edək ki, ötən il finalda Yannik Sinner Almaniyadan Aleksandr Zverevi məğlub edərək qalib olmuşdu.